Folklor İnstitutunun dosenti Azərbaycan Radiosunun “60 dəqiqə” proqramının qonağı olub

Folklor İnstitutunun dosenti Azərbaycan Radiosunun “60 dəqiqə” proqramının qonağı olub

29 Yanvar 2025, 21:42 / Müsahibələr, çıxışlar

Yanvarın 28-də AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) Azərbaycan Radiosunun “60 dəqiqə” verilişinin qonağı olub.

Qeyd edək ki, həftədə 3 dəfə yayımlanan 1 saatlıq verilişdə müxtəlif aktual mövzularda məlumatlar, bəstəkar və xalq mahnıları təqdim edilir, həmçinin qonaqlar dəvət olunur.

Verilişin budəfəki sayında qədim musiqi alətlərindən söz açılıb. Əməkdaşımız L.Vaqifqızı dambur musiqi alətindən, onun xüsusiyyətlərindən, hazırlanma qaydasından, dambur ifaçıları və onu hazırlayan ustalar, dambur üstündə oxunan haylalar, dambur və saz əlaqələrindən danışıb.

Proqramın digər qonağı Xalq artisti Munis Şərifov isə çəqanə musiqi alətindən bəhs edib.