Folklor İnstitutunun alimi XIV Beynəlxalq İstanbul Elmi Araşdırmalar Konqresində məruzə edib

Folklor İnstitutunun alimi XIV Beynəlxalq İstanbul Elmi Araşdırmalar Konqresində məruzə edib

28 Dekabr 2024, 17:00 / Konfranslar, İclaslar

26-27 dekabr 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin Selçuk Universiteti, Giresun Universiteti, BZT Turan Akademiyası, Kosovanın Priştina Universiteti və Hindistanın Annamalay Universitetinin birgə təşkilatçılığı ilə XIV Beynəlxalq İstanbul Elmi Araşdırmalar Konqresi keçirilib.

Hibrid formatda təşkil olunan konqresdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev “Qurban bayramı mifik-dini inanclar sisteminin təzahürüdür” mövzusunda onlayn məruzə edib. Məruzədə Azərbaycan xalqının etnopsixologiyasında qurbanvermə aktının mifik dünyagörüşlərdən qaynaqlandığı vurğulanaraq xalq deyimi və inanclarında əks edildiyi bildirilib. Bununla yanaşı, qədim dövrdə insan qurbanının mövcud olması, İslam dininin yaranması ilə bu dini- mifoloji rəvayətin insanların dünyagörüşünə əsaslı təsir göstərməsi, nəticədə insan qurbanının heyvan qurbanı ilə əvəzlənməsi sivil bir hadisə olaraq dəyərləndirilib. Qurban bayramını elmi cəhətdən təsnifatlandıran Ş.Albalıyev müasir dövrümüzdə də insanların bu mərasimi müqəddəs hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, 36 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi konqresin məruzələrinin nəşri nəzərdə tutulub.