Folklor İnstitutunun əməkdaşları III Beynəlxalq Türkoloji Konqresdə fəal iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları III Beynəlxalq Türkoloji Konqresdə fəal iştirak ediblər

04 Dekabr 2024, 15:39 / Konfranslar, İclaslar

Dekabrın 2-4-də Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçirilib.
Konqresin plenar iclası AMEA Rəyasət Heyətinin binasında, bölmə iclasları isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) gerçəkləşib. 18 panel iclasda ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət və miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və s. kimi sahələrdə müxtəlif mövzuların araşdırılmasını özündə ehtiva edən 100-ə yaxın məruzə dinlənilib, elmi müzakirələr aparılıb.

III Beynəlxalq Türkoloji Konqresdə AMEA Folklor İnstitutunun əməkdaşları da fəal iştirak ediblər. Qeyd edək ki, institutdan 20-dən çox alim və tədqiqatçı məruzə ilə çıxış edib, bir qrup əməkdaş isə təşkilati işlərdə fəallıq göstərib.

Tədbirin bağlanış mərasimində konqresdə fəal iştirak edən gənc tədqiqatçılar və məruzəçilər təşəkkürnamələrlə təltif ediliblər.

www.science.az