XƏBƏRLƏR

Əməkdaşımız “Səhərçağı” verilişinin qonağı olub
Noyabrın 26-da AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişinin qonağı olub. Əməkdaşımız 26 noyabr – Azərbaycan Kəlağayısı Günü ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində mühüm mədəniyyət nümunəsi olması beynəlxalq səviyyədə öz təsdiqini tapıb. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
İ.Qəsəbova Azərbaycan qadınının sədaqət, ismət və gözəllik rəmzi olan kəlağayının ornamentlərindən, rəng simvolikasından və müxtəlif yaş qruplarında örtülmə fərqlərindən söz açıb.