XƏBƏRLƏR

Əməkdaşımız AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif edilib
Noyabrın 6-da AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, Folklor İnstitutu YAP Ərazi Partiya Təşkilatının sədri, fil.ü.f.d., dos. İlhamə Qəsəbova səmərəli elmi-ictimai fəaliyyətinə görə və 50 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif edilib. Fəxri fərmanı əməkdaşımıza Folklor İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova təqdim edib.
İnstitutumuzun kollektivi adından yubilyarı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və elmi-ictimai fəaliyyətində uğurlar arzulayırıq.