ABŞ-də yaşayan güneyli ziyalılar Folklor İnstitutunun qonağı olublar

ABŞ-də yaşayan güneyli ziyalılar Folklor İnstitutunun qonağı olublar

30 Oktyabr 2024, 15:00 / Qonaqlar

Oktyabrın 28-də ABŞ-da yaşayan, əslən Təbrizdən olan Kazım Şəkibnia və oğlu David AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin qonağı olublar. Şöbənin müdiri fil.e.d., dos. Mətanət Abbasova qonaqları səmimi qarşılayaraq, şöbə yarandığı on il ərzində aparılan toplama, nəşr və tədqiqat işləri barədə ətraflı məlumat verib. Alim Güney Azərbaycanda yaşayan, eləcə də bütün dünyada yaşayıb fəaliyyət göstərən soydaşlarımızla ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Kazım Şəkibnia ABŞ-də yaşadığı müddətdə orada yaşayan soydaşlarımızla birlikdə həyata keçirdikləri mədəni-kütləvi tədbirlər barədə məlumat verib, Azərbaycandan görkəmli muğam ifaçılarını dəvət edərək konsertlərinin təşkil edilməsindən danışıb.

Vaşinqton şəhərində iş adamı kimi fəaliyyət göstərən soydaşımız və tarixçi-etnoqraf oğlu David şöbə əməkdaşlarının suallarını səmimiyyətlə cavablandırıb, bu cür mədəni əlaqələrin davam etdirilməsindən məmnunluqlarını ifadə ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.