Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumunda məruzə ediblər

Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumunda məruzə ediblər

28 Oktyabr 2024, 14:45 / Konfranslar, İclaslar

24-26 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Atırau Dövlət Universitetinin ev sahibliyi ilə 8-ci Beynəlxalq Türklərin Dünyası Sosial Elmlər Simpoziumu keçirilib. Hibrid formatda təşkil olunan beynəlxalq simpoziumda Türk dünyasının müxtəlif dövlətlərindən olan 170 elm adamının məruzəsi dinlənilib.

Qeyd edək ki, simpozium 2017-ci ildən etibarən ardıcıllıqla Antalya, Skopye, Bakı, Komrat və Praqada müxtəlif universitetlərin əməkdaşlığı ilə keçirilib.

Bu ilki simpoziuma AMEA Folklor İnstitutunun əməkdaşları da qatılıblar. İnstitutun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ləman Süleymanova “Xoyrat deyişmələri”, Dədə Qorqud şöbəsinin aparıcı elmi işçiləri –fil.ü.f.d., dos. Aynurə Səfərova “Bəxtiyar Vahabzadə şeirlərinin dil və üslub özəllikləri” və fil.ü.f.d. Xuraman Kərimova “Göyçaydan toplanmış paremioloji vahidlərin xüsusiyyətləri”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Sevinc Qasımova “Unudulmaqda olan Novruz adət-ənənələri”, həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova isə moderatorluq etdiyi bölmədə “Azərbaycan və Anadoludan İraq-türkman folkloruna xalq mədəniyyətində doğum öncəsi icra edilən rituallar” mövzularında məruzə ilə çıxış ediblər.