Folklor İnstitutunun dosenti Mədəniyyət TV-yə “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” mövzusunda müsahibə verib

Folklor İnstitutunun dosenti Mədəniyyət TV-yə “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” mövzusunda müsahibə verib

23 Oktyabr 2024, 14:46 / Müsahibələr, çıxışlar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Mədəniyyət TV-yə “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” mövzusunda müsahibə verib. Müsahibədə vurğulanıb ki, insan təbiətdir, təbiət insandır. İnsan təbiətsiz, təbiət insansız yaşaya bilməz. İlkin mifoloji düşüncədə tanrıçılıq görüşləri əcdadın dünyaya, həyata, insana, təbiətə münasibətini formalaşdırdı. Dastanlarımızda insan-təbiət birliyi yetkin biçimdə ifadəsini tapır. Koroğlunun qılıncı ildırım parçasından, atları dərya atlarındandır. Azərbaycan muğamlarında, ayrıca olaraq Azərbaycan aşıq sənətində insan-təbiət birliyinin ifadəsi tamdır. Sazımızda tanrıçılıq ruhu, səsi aydın şəkildə duyulur. Azərbaycan zurna-balaban sənəti başdan-başa təbiəti soraq verir: haraylı, yenilməz, döyüşkən, coşqun ruhlu türk insanının həm də hədsiz zərifliyini, həlimliyini çatdırır. Novruz bayramının ruhunda türk insanının təbiətlə birliyi var: Novruzun şərqiliyi var, ancaq ən yaxşı, yetkin ifadəçisi Azərbaycandır, Azərbaycan-türk ruhudur.