XƏBƏRLƏR

Əməkdaşımız Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib
10-11 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Qars şəhərində Qafqaz Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Hava Yolları, Qars Şəhər Müftiliyi, Türkiyə Dəyanət Vəqfinin dəstəyi ilə “Qafqazda İslam və mədəniyyət” adlı beynəlxalq simpozium keçirilib. 12 ölkədən bir çox elm adamının iştirak etdiyi simpoziumda ümumilikdə 85 məruzə dinlənilib.
Simpoziumda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Azərbaycan mədəniyyətindəki doğum rituallarında İslamın təsiri” mövzusunda məruzə ilə çıxış edib.