XƏBƏRLƏR
Qorqudşünaslığa yeni töhfə
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu. II kitab. Dastanın “Alp Aruz variantı”nın ilk bərpa təcrübəsi” kitabı çapdan çıxıb.
Kitabda müəllifin elm aləminə ilk dəfə daxil etdiyi “Dədə Qorqud” eposunun “Alp Aruz variantı” anlayışı, həmin variantın poetik struktur və nəzəri-metodoloji bərpa məsələləri, “Alp Aruz variantı”nın “Dədə Qorqud”un II və VIII boylarından bərpası kimi məsələlərdən bəhs olunur. “Alp Aruz variantı”nın şərti adlar altında “Alp Aruzun Uruzu ərgənlik//inisiasiya ritualından keçirtməsi və ona ad verməsi”, “Alp Aruzun evinin yağmalanması”, “Aruzun kor olmuş gözlərinin açılması”, “Qıyan Selcikin dirilməsi” kimi boylarının strukturu bərpa edilir.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 304 səhifəlik kitabın redaktorları prof. dr. Mehmet Aça, fil.ü.f.d., dos. Səfa Qarayev və fil.ü.f.d., dos. Hikmət Quliyev, rəyçi-ekspert isə fil.e.d., dos. Qalib Sayılovdur.
Qeyd edək ki, müəllifin “Kitabi-Dədə Qorqud” eposu” seriyasından eyni formatda nəşr etdirdiyi I kitabı “Dədə Qorqud” eposu. “Qəhrəmanın ölüb dirilməsi” adlanır.