XƏBƏRLƏR
“Edigey haqqında dastanın versiya və variantları” monoqrafiyası nəşr olunub
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin büyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Edigey” haqqında dastanın versiya və variantları” monoqrafiyası çapdan çıxıb.
Orta Asiya türkləri arasında tarixi şəxsiyyət kimi xüsusi yerə sahib olan Edigeyə həsr olunmuş eyniadlı dastanın monoqrafik tədqiqatı Azərbaycan oxucusu üçün yenidir. Türk xalqları arasında dastanın səksəndən çox variantı qeydə alınıb və bu monoqrafiyada onların hər biri haqqında biblioqrafik məlumat verilib. Monoqrafiyada dastanın altmışdan çox versiya və variantlarından geniş söz açılıb.
276 səhifədən ibarət monoqrafiya “Sabah” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, rəyçiləri isə filologiya elmləri doktoru, professor Almaz Həsənqızı və filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevadır.