XƏBƏRLƏR
Folklor İnstitutunun professoru beynəlxalq simpoziumda məruzə edib
27-29 iyun 2024-cü il tarixlərində Ərzincan Binəli Yıldırım Universitetində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Ərzincan Valiliyi, Ankara Hacı Bayram Vəli Universiteti və Ərzincan Binəli Yıldırım Universitetinin birgə təşkilatçılığı ilə Vəfatının 500-cü ilində Beynəlxalq Türk Xaqanı Şah İsmayıl Xətayi Simpoziumu keçirilib. Üç gün davam edən simpoziuma Türkiyə, Azərbaycan, Özbəkistan, İran, Almaniya və başqa ölkələrdən 70-dən çox elm adamı qatılıb.
Simpoziumda AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat da iştirak edib. O, “Şah İsmayıl Xətayinin şeirlərində qızılbaş irfanı” mövzusunda məruzə ilə çıxış edib. Simpoziumun Elmi heyətində təmsil olunan alim, həm də bölmə iclaslarından birinə sədrlik edib.