XƏBƏRLƏR
Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib
29 may 2024-cü il tarixində AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclası açaraq, gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasın gündəliyindəki birinci məsələ AMEA Folklor İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi barədə olub. İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov sözügedən məsələ ilə bağlı məlumat verib. AMEA Folklor İnstitutu Həmkarlar Təşkilatının yeni sədri, fil.ü.f.d., dos. Aynur İbrahimova, Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Əziz Ələkbərli Elmi şuranın tərkibinə daxil ediliblər.
Sonra gündəlikdəki ikinci məsələ – 2024-cü ilin I yarısı üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatların hazırlanması məsələsi müzakirə olunub. Cari məsələnin həlli üçün institut rəhbərliyi tərəfindən şöbə müdirlərinə tapşırıqlar verilib.
Cari məsələlər sırasında Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Şəbnəm Nizami qızı Məmmədovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı məsələyə baxılıb. Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçının dosent elmi adı alması üçün qərar verilib.
Eləcə də bir sıra kitabların çapı ilə bağlı məsələyə baxılıb.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanovanın 50 illik yubileyi qeyd edilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov yubilyarı təbrik edərkən bildirib ki, A.Ramazanova səmərəli elmi-ictimai fəaliyyəti, idarəçilik bacarığı, üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşması, həmkarlarına olan səmimi münasibəti ilə kollektivin hörmətini qazanıb.
Yubilyarın elmi yaradıcılığından, yüksək insani keyfiyyətlərindən söz açan institut əməkdaşları da Afaq Ramazanovanı 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıblar.