XƏBƏRLƏR
Folklor İnstitutunun dosenti Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib
01-03 mart 2024-cü il tarixlərində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova Türkiyə Cümhuriyyəti Balıkəsir Valiliyi, Balıkəsir Böyükşəhər Bələdiyyəsi, Sakarya Uyğulamalı Elmlər Universiteti (SADEM), Türkiyə Dil və Ədəbiyyat Dərnəyi (TDED) və Balıkəsir Universitetinin birgə təşkilatçılığı ilə Balıkəsir Universiteti Atatürk Kültür və Konqres Mərkəzində keçirilən IX Uluslararası Yabancı Dil Olarak Türkçe Öğretimi Kongresində “Azərbaycan və Anadolu folklorunda qırxbasma və albasmadan qorunma ritual və üsulları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə uşaq dünyaya göz açdığı ilk gündən qırx gün tamam olana qədər ana və uşağı xəstəlikdən, nəzərdən, ağır enerjidən, bəzi varlıqlardan, zərərli təsirlərdən qorumaq üçün görülən lazımlı tədbirlər, icra edilən müəyyən rituallar, adət-ənənələr və inanclar barədə danışılıb.