Folklor İnstitutunun alimləri İTV-nin “Ustad dərsi” verilişində qonaq olublar

Folklor İnstitutunun alimləri İTV-nin “Ustad dərsi” verilişində qonaq olublar

12 Fevral 2024, 13:27 / Mühüm hadisələr

10 fevral 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə İctimai Televiziyanın “Ustad dərsi” verilişində qonaq olublar. Aparıcı Pərvanə Nadirqızının təqdimatında efirə gedən verilişdə əməkdaşlarımız qədim mahnılar və təsniflər barədə fikirlərini bölüşüblər. “Tariximizi, mərasimlərimizi, ağrı-acılarımızı özündə ehtiva edən xalq mahnıları etnomədəni mühiti bütövlükdə canlandıran bir sənət əsəridir. Mahnıları araşdırarkən onların mətnində olan qatların açılmasına ehtiyac var. Bunun üçün ilk növbədə vahid türk məkanına aid xalq mahnıları üzərində təhlil aparılmalıdır, çünki mahnılar bütün türk xalqları arasında yayılır, variantlaşır, müxtəlif formalara düşür”, – deyə folklorşünas alimlər vurğulayıblar.