HİKMƏT VALEH OĞLU QULİYEV

HİKMƏT VALEH OĞLU QULİYEV

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Hikmət Valeh oğlu Quliyev haqqında
MƏLUMAT

  • Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olmuşdur.
  • 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.
  • Əmək fəaliyyətinə 2005-ci ildə AMEA Folklor İnstitutunda böyük laborant vəzifəsi ilə başlamış, müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
  • 2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir;
  • 2013-2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır.
  • 2015-ci ildə AMEA Folklor İnstitutunda “Azərbaycan folklorunda Müdrik qoca arxetipi” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
  • 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür.
  • 2024-cü ildə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.
  • Ümumilikdə, 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra respublika və beynəlxalq miqyaslı konfransların iştirakçısıdır.
  • Nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) indeksləşən jurnallarda 4 məqaləsi dərc olunmuşdur.
  • 2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan “İnternet folkloru”nu magistratura pilləsində tədris edir.
  • 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir;
  • 2016-2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan “Elm və innovasiya” elmi-publisistik proqramının redaktoru olmuşdur.

 

Əsas elmi nəticə və yenilikləri:

  • Azərbaycan folklorunda Müdrik qoca arxetipinin semantik strukturu və obraz paradiqmalarının müəyyənləşdirilməsi;
  • Folklor mətnlərində arxetiplərin (Dədə Qorqud, Oğuz Kağan, Koroğlu, Molla Nəsrəddin) və onların sosial-mədəni təzahür formalarının (müdriklik institutu, ağsaqqal, seyid, ocaq, pir və s.) üzə çıxarılması;
  • Qloballaşma, rəqəmsallaşma, virtuallaşma proseslərinin xalq mədəniyyətinə təsiri, sosio-texnoloji və texno-kulturoloji mühitdə folklorun təbiətinin araşdırılması, süni intellekt və folklor münasibətlərinin öyrənilməsi;
  • İnternet folklorunun nəzəri-metodoloji problemləri çərçivəsində Azərbaycandilli virtual folklor mühitinin spesifikasının araşdırılması;
  • Sosial-antropoloji kontekstdə folklorun müasir sosial-mədəni proseslərlə əlaqəsinin öyrənilməsi və Azərbaycan folklorşünaslığına yeni elmi-nəzəri və tətbiqi istiqamətlərin daxil edilməsi;
  • Ənənəvi folklordan İnternet folkloruna keçiddə baş verən forma və məzmun dəyişikliklərinin öyrənilməsi, İnternet folklorunun spesifik xüsusiyyətlərinin üzə çıxarılması;
  • Yeni texnokulturoloji və sosio-texnoloji şəraitdə yaranan rəqəmsal folklor resurslarının dinamik təbiətinin öyrənilməsi, İnternet folklorunun toplanılması, təsnifi və çoxparametrli analizi;

 

Çap olunmuş kitabları:

  1. Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: Elm və təhsil, 2016.
  2. Folklorun funksional strukturu: multidissiplinar kontekst (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2016.
  3. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: Sabah, 2018.
  4. Azərbaycan nağılları: obrazlar və funksiyalar (Səfa Qarayevlə birgə). Bakı: Savad, 2021.
  5. Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.
  6. Zengezur: Mekandan Anlama Folklorun Semantiği. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.

 

Əlaqə məlumatları:

Xidməti tel.: (+994 12) 492 93 14
Mobil tel.: (+994 50) 623 13 55
Elektron poçt: hikmet.guliyev85@gmail.comhikmat.guliyev@science.azquliyevh@mail.ru
Ünvan: Bakı – 1000, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31, Azərbaycan Milli Elmlər Akadmeiyası Folklor İnstitutu