RƏQƏMSAL FOLKLOR VƏ SÜNİ İNTELLEKT

“Rəqəmsal folklor və süni intellekt” şöbəsi AMEA Rəyasət Heyətinin Xankəndi şəhərində keçirilən 01 iyun 2025-ci il tarixli iclasında yaradılmış “Rəqəmsal folklor və netnoqrafik analiz” şöbəsinin bazasında təşkil edilmişdir.

“Rəqəmsal folklor və süni intellekt” şöbəsinin elmi fəaliyyəti folklorun təbiəti etibarilə informasiya-kommunikasiya texnologiyaları ilə üzvi bağlılığını və kommunikativ dinamika şəraitində fasiləsiz transformasiya proseslərinə məruz qalmasını əsas konseptual çərçivə kimi qəbul edir. Şöbə folkloru mətnlər toplusu deyil, sosial münasibətlər, texnoloji mühit, kollektiv mədəni yaddaş və kommunikasiya sistemləri arasında qarşılıqlı təsirdə formalaşan dinamik sosial-mədəni fenomen kimi tədqiq edir.

İnformasiya inqilabları, texnoloji tərəqqi, sənayeləşmə, şəhərləşmə, modernləşmə, qloballaşma və virtuallaşma prosesləri folklorun yaranma, yayılma və aktuallaşma mexanizmlərini köklü şəkildə dəyişdirmişdir. Bu baxımdan şöbə həm real, həm də virtual mühitlərdə formalaşan folklor faktlarını, xüsusilə internet və sosial media platformalarında meydana gələn Azərbaycandilli virtual folklor yaradıcılığını sosial-antropoloji yanaşmalar əsasında araşdırır.

Rəqəmsal mərhələdə folklorun aktuallaşma məkanının genişlənməsi, virtual etnofolklor mühitlərinin və kibersosial qrupların formalaşması “folk” və “lore” anlayışlarının yeni kontekstlərdə diferensiasiyası və dinamikası problemini gündəmə gətirir. Şöbə bu prosesləri folklorşünaslığın klassik nəzəri çərçivələrinin transformasiyası və yeni elmi paradiqmaların formalaşması kontekstində təhlil edir.

Şöbənin fəaliyyətində süni intellekt texnologiyalarının folklor mühitinə təsiri xüsusi yer tutur. Alqoritmik tövsiyə sistemləri, generativ modellər və avtomatlaşdırılmış mətn, vizual və audio istehsalı folklor yaradıcılığında yeni iştirakçı subyektlərin – alqoritmlərin meydana çıxmasına səbəb olur. Bu kontekstdə alqoritmik folklor və posthuman folklor anlayışları folklorun artıq yalnız insan mərkəzli deyil, insan-texnologiya qarşılıqlı münasibətləri çərçivəsində formalaşan fenomen kimi dərk edilməsini tələb edir.

Şöbə internet folklorunun kritik sosial proseslərə və dramatik situasiyalara verdiyi çevik reaksiyaları kollektiv fantaziya, metaforik məna istehsalı və sosial ünsiyyət mexanizmləri kontekstində araşdırır, süni intellektin bu proseslərdə bilik istehsalı, yaddaşın formalaşması və folklorun gələcək inkişaf trayektoriyalarına təsirini elmi-nəzəri baxımdan təhlil edir.

Bu yanaşma Rəqəmsal folklor və süni intellekt şöbəsini müasir texno-kulturoloji və sosio-texnoloji reallıqlar fonunda folkloru tədqiq edən yeni nəsil elmi platforma kimi formalaşdırır.

Şöbənin tədqiqat istiqamətləri:

  • İnternet folklorunun nəzəri-metodoloji problemləri çərçivəsində Azərbaycandilli virtual folklor mühitinin spesifikasının araşdırılması;
  • Sosiotexnoloji mühitdə meydana gələn folklorik virtual ənənələr və metaforik konseptlərin multidissiplinar kontekstdə araşdırılması;
  • Sosio-texnoloji və texno-kulturoloji mühitdə folklorun təbiətinin araşdırılması, süni intellekt və folklor münasibətlərinin öyrənilməsi;
  • Rəqəmsal folklor nümunələrinin (memlər, onlayn nağıllar, deyimlər və s.) toplanması, təsnifatı və arxivləşdirilməsi;
  • Azərbaycandilli virtual sosial platformalarda folklorlaşma proseslərinin netnoqrafik metodlarla tədqiqi;
  • Milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılması və strukturlaşdırılması;
  • Elmi-etik prinsiplər gözlənilməklə süni intellekt texnologiyalarının (mətn analizi, avtomatik klasterləşdirmə və s.) tətbiqi ilə folklor materiallarının təhlili;
  • Rəqəmsal folklorun milli kimlik, kollektiv yaddaş və ictimai özünüifadə vasitəsi kimi öyrənilməsi;

ƏMƏKDAŞLAR

.
Cəmilə Niyaz qızı Novruzova
Kiçik elmi işçi
Cəmilə Niyaz qızı Novruzova

Kiçik elmi işçi

İş telefonu /faks:

Telefon:

(+994 51) 455-33-70

E-poçt:

novruzovacemile0@gmail.com

ƏTRAFLI MƏLUMAT
.
Ramin Suliddin oğlu Abdullayev
Mühəndis-proqramçı
Ramin Suliddin oğlu Abdullayev

Mühəndis-proqramçı

İş telefonu /faks:

Telefon:

(+994 55) 503-87-88

E-poçt:

ramin_abdullayev@list.ru

ƏTRAFLI MƏLUMAT
.
Aqşin Akif oğlu Paşayev
Mühəndis-proqramçı
Aqşin Akif oğlu Paşayev

Mühəndis-proqramçı

İş telefonu /faks:

Telefon:

E-poçt:

pasayev_aqsin@mail.ru

ƏTRAFLI MƏLUMAT