FOLKLOR NƏZƏRİYYƏSİ ŞÖBƏSİ - Nigar Hümmət qızı Abdullayeva

Nigar Hümmət qızı Abdullayeva
İş telefonu /faks: (+994 12) 492-93-14
Telefon: (+994 50) 777-98-00
E-poçt: imamaliyevanigar@gmail.com
  • 28 noyabr 1991-ci il tarixində Bakı şəhərində anadan olub.
  • 2009-cu ildə Bakı şəhəri, Xətai rayonu 257 nömrəli tam orta məktəbi bitirib.
  • 2012-2013-cü illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris – İnnovasiya Mərkəzində “Windows, MS Word, MS PowerPoint, MS Excel” proqramları üzrə xüsusi kursu əla qiymətlərlə bitirib.
  • 2017-2020-ci illərdə Bakı Biznes Kooperasiya Kollecinin “Bələdiyyə təsərrüfatının təşkili” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
  • 2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bitirib.
  • 2011-ci ildən AMEA Folklor İnstitutunda çalışır.
  • Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə elmi məqalələrin yazılması qaydası ilə bağlı “Məqalə Formatı” adlı təlim keçib.
  • 2021-2022-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (indiki Elm Fondu) Gənc alim və tədqiqatçıların 6-cı Qrant müsabiqəsinin qalibidir. Layihənin adı: “Qarabağın mədəni-tarixi abidələrinin bərpası planları”.
  • 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.
  • Ailəlidir, 1 qız övladı var.

 

TƏRTİB ETDİYİ KİTABLAR:

  1. Kamran Əliyev. Ədəbiyyatşünaslıq, ədəbi tənqid (Əsərləri 10 cilddə, V cild). Bakı. Elm və təhsil, 2018, 556 s. (Tərtibçilərdən biri)
  2. Kamran Əliyev. Rəylər, müsahibələr (Əsərləri 10 cilddə, IX cild). Bakı. Elm və təhsil, 2019, 676 s. (Tərtibçilərdən biri)
  3. Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş Elmi Konfrans materialları. Bakı, Elm və təhsil, 2022. (Tərtibçilərdən biri)
  4. Firidun bəy Köçərlinin anadan olmasının160 illiyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfrans materialları. Bakı, Elm və Təhsil, 2023, 183 s. (Tərtibçilərdən biri)

 

İCTİMAİ FƏALİYYƏT

  1. YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
  2. AMEA Folklor İnstitutu Gənc alim və mütəxəssislər şurasının üzvü
  3. AMEA Folklor İnstitutu elektron elmi bazalar (google scholar, academia edu, researchgate, ORCİD, NHR və s.) üzrə məsul şəxs
  4. AMEA Folklor İnstitutunda keçirilən konfranslarda (beynəlxalq və respublika) işçi heyətində aktiv iştirak
  5. Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasında iştirak.

 

TƏLTİFLƏR:

  • Konfransların təşkilində aktiv iştiraka görə AMEA Folklor İnstitutunun sertifikatlarına layiq görülüb.
  • “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatının ictimai-siyasi fəaliyyətinə görə Fəxri Fərman ilə təltif olunub.
  • Yasamal rayonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 fevral – Azərbaycan Gəncləri günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2023-cü il 01 fevral tarixli 54 nömrəli sərəncamı ilə təltif olunmuşdur.
  • Yasamal rayonunun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və 2 Fevral -Azərbaycan Gəncləri günü münasibətilə tətltif edilib.
  • 2020-ci il tarixində 44 günlük Vətən müharibəsinə həsr olunmuş İnformasiya müharibəsində aktiv iştiraka görə Sertifikatla təltif edilib.

 

ƏLAQƏ MƏLUMATLARI:

Xidməti tel.: (+994 12) 492 93 14

Mobil tel.: (+994 50) 777 98 00

Elektron poçt: imamaliyevanigar@gmail.com, abdullayevanigar@anas.az, n.abdullayeva@folk.science.az

Ünvan: Bakı – 1000, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31, Azərbaycan Milli Elmlər Akadmeiyası Folklor İnstitutu