KLASSİK FOLKLOR ŞÖBƏSİ - Aynur Məhəmməd qızı Hüseynova

Aynur Məhəmməd qızı Hüseynova
İş telefonu /faks: (+994 12) 498-16-21
Telefon: (+994 50) 855- 65-00
E-poçt: aynur-huseynova-1977 @mail.ru

Aynur Hüseynova Məhəmməd qızı 1977-ci il oktyabrın  22-də Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr pilləsini, 2003-cü ildə isə həmin universitetin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1998-ci ildən Bakı şəhər Yasamal rayonu 153 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır (1998-2007).

2007-ci ildə AMEA Folklor İnstitutuna işə qəbul olunmuşdur.

2012-ci ildə “Azərbaycan folklorunda su stixiyası ilə bağlı inamlar” mövzu­sunda dissertasiya işini müdafiə etmişdir.

2013-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2016-cı ildə isə dosent elmi adını almışdır.

1 monoqrafiya, 40 elmi məqalə, 6 tərtib işinin müəllifidir.

Hal-hazırda Klassik folklor şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.