QƏRBİ AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ - Əziz Yusif oğlu Ələkbərov

Əziz Yusif oğlu Ələkbərov
İş telefonu /faks: (+994 12) 498-16-21/114
Telefon: (+994 50) 337-37-03

(1960, Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vedi rayonunun Qaralar kəndi)

1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində təhsil almışdır. 1984-1987-ci illərdə təyi­natla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon «Gürmük nəğmələri» Ədəbi Birliyinin sədri kimi ictimai vəzifə daşımışdır.

1987-ci ildə təyinat müddətini bitirib doğma Vedi rayonunun Qaralar kəndinə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaç­qın düşərək Bakı şəhərində məskunlaşmışlar.

Ə.Ələkbərov 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifə­lərində işləmişdir.

2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun (o vaxt Folklor Elmi-Mədəni Mərkəz)  Redaksiya-Nəşriyyat şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Dəfələrlə respublika, eləcə də beynəlxalq elmi kon­frans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Ə.Ələkbərov 1991-1998-ci illərdə mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993-1994-cü illərdə “Ana Vətən”, 1997-1998-ci illərdə “Ağrıdağ” qəzetinin baş redak­toru olmuşdur. 1996-1997-ci illərdə “Xalq qəzeti”nin Ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jur­nalistlər Birliyinin üzvüdür. Mətbuatda xidmətlərinə görə “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və bir sıra media mükafatlarına layiq görülmüşdür.

Ə.Ələkbərov 500-dən çox elmi və publisistik məqalənin, 38 müəllif və tərtib kitabının, o cümlədən “Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşrin, beş dildə – Azərbaycan, ingilis, rus, alman və fransız dillərində çap olunmuş “Qərbi Azərbaycan abidələri” adlı kitabın müəllifidir. “Qədim Türk-Oğuz yurdu – “Ermənistan” kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir.

Ə.Ələkbərov respublikada yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən “Ağrıdağ” nəşriyyatının yaradıcısı və direktorudur. 10-larla kitabın redaktoru, ön sözünün müəllifi, 100-lərlə kitabın naşiridir. Ha­zır­da Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədridir.

2023-cü ildən AMEA Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin müdiridir.

 

ƏSAS KİTABLARI:

  1. Qədim Türk-Oğuz yurdu "Ermənistan". Bakı: Sabah. 1994.
  2. Abbasqulu bəy Şadlinski. Bakı, Sabah. 1996.
  3. Dramaturgiyada sənətkarlıq axtarışları. Bakı: Ağrıdağ. 1997.
  4. "Abşeron şəhidləri". Bakı, "Ağrıdağ", 1997.
  5. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı. Bakı: Ağrıdağ. 2000.
  6. Qərbi Azərbaycan, II cild. (Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları). Bakı: Ağrıdağ, 2002.
  7. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, (2-ci nəşri). Bakı: Ağrıdağ. 2003.
  8. Azərbaycan Folkloru Antologiyası, X kitab, İrəvan Çuxuru folkloru. Bakı: Nurlan, 2004.
  9. Qərbi Azərbaycan abidələri (Azərbaycan və ingilis dillərində). Bakı: Ağrıdağ. 2006.
  10. Azərbaycan Folkloru Antologiyası, XV kitab, Dərələyəz folkloru. Bakı: Nurlan, 2006.
  11. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı: Nurlan. 2007.
  12. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (rus dilində). Bakı, Nurlan. 2007.
  13. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (ingilis dilində). Bakı: Nurlan. 2007.
  14. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (fransız dilində), Bakı: Nurlan. 2007.
  15. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (alman dilində). Bakı: Nurlan. 2007.
  16. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı: sənədlərin dili ilə. Bakı: Nurlan, 2008.
  17. Qax: folklor-etnoqrafik etüdlər. Bakı: Nurlan. 2008.
  18. Qərbi Azərbaycanın dialektoloji lüğəti, 1-ci cild. Bakı: Nurlan. 2009.
  19. Azərbaycan Folkloru Antologiyası, XIX kitab, Zəngəzur folkloru. Bakı: Nurlan, 2009.
  20. Qürbət folkloru. Bakı: Nurlan, 2009.
  21. Kadim Türk-Oğuz Yurdu "Ermenistan". İstanbul: 2009.
  22. Türk mənşəli erməni soyadları. Bakı, Nurlan. 2011.
  23. Azərbaycan Folkloru Antologiyası, XX kitab, Loru-Pəmbək folkloru. Bakı, Nurlan, 2011.
  24. Azərbaycan Folkloru Antologiyası, XXI kitab, Qazax folkloru. Bakı: Nurlan, 2012.
  25. Azərbaycan Folkloru Antologiyası, XXIII kitab, Naxçıvan folkloru. Bakı: Nurlan, 2013.
  26. Quba-Şabran folklor örnəkləri, I kitab. Bakı: Nurlan, 2013.