NƏŞRİYYAT ŞÖBƏSİ - Vildan Novruzəli qızı Məmmədova
Vildan Novruzəli qızı Məmmədova 22 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Ağstafa rayon Ə.Hüseynov adına 1 saylı orta məktəbi bitirmişdir. 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuş, 2006-cı ildə təhsilini başa vurmuşdur. 2009-cu ildə Ukraynanın Kiyev şəhərində yerləşən Odessa Milli Hüquq Akademiyasının Kompüter elmləri ixtisası üzrə magistraturasına daxil olmuş, 2010-cu ildə təhsilini bitirmişdir. Hal-hazırda AMEA İqtisadiyyat İnstitutunun doktorantıdır.
15 oktyabr 2004-cü ildən 2012-ci ilə kimi AMEA Folklor İnstitutunda elektronçu, 2013-cü ildən 2015-ci ilədək kiçik elmi işçi, 2015-ci ildən elmi işçi vəzifələrində çalışmışdır. 2023-cü ildən AMEA Folklor İnstitutunun Nəşriyyat şöbəsində baş mütəxəssis vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.