AMEA Folklor İnstitutunun kollektivi IX Bakı Beynəlxalq Kitab Sərgisini  ziyarət edib

AMEA Folklor İnstitutunun kollektivi IX Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib

15 Noyabr 2023, 15:25 / Mühüm hadisələr

11-15 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində IX Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgidə Azərbaycan Milli Elmlər Akademiyası da öz nəşrlərini sərgiləyib. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2023-cü il ərzində çap olunmuş seçilmiş əsərlər, xüsusilə “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görmüş kitablar, monoqrafiyalar, Böyük Qayıdışa həsr edilmiş nəşrlər, sanballı çoxcildliklər, elmi jurnallar Akademiyanın stendini ziyarət edən qonaqlara təqdim edilib.

AMEA-nın stendində Folklor İnstitutunun nəşrləri də yer alıb. Stendddə institutun nəşr etdiyi folklor antologiyaları, monoqrafiyalar, elmi araşdırmalardan ibarət toplular və Ulu Öndər Heydər Əliyevlə əlaqədar olan materiallar sərgilənib.

Folklor İnstitutunun kollektivi IX Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edərək sərgidə nümayiş olunan müxtəlif stendlərlə yaxından tanış olub.