Akademik Muxtar İmanov “Kərkük Mədəniyyətinə, Ədəbiyyatına və Folkloruna Xidmət Ödülü”nə layiq görülüb

Akademik Muxtar İmanov “Kərkük Mədəniyyətinə, Ədəbiyyatına və Folkloruna Xidmət Ödülü”nə layiq görülüb

07 Noyabr 2023, 09:03 / Mühüm hadisələr

Noyabrın 7-də Kərkük Kültür Dərnəyinin rəhbəri, İraq-Türkman Jurnalistlər Birliyinin sədri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi və xanımı Xalidə Kuzəçi AMEA Folklor İnstitutunun qonağı olublar. Görüşdə türk xalqlarının ədəbiyyatı və mədəniyyətinin çağdaş durumundan, folklorşünaslıq elminin aktual problemlərindən söz açılıb.

Dr. Şəmsəddin Kuzəçi Folklor İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanova “Kərkük Mədəniyyətinə, Ədəbiyyatına və Folkloruna Xidmət Ödülü”nü təqdim edib.

Mükafata görə minnətdarlığını bildirən akademik İraqda yaşayan soydaşlarımızla elmi-mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva da iştirak edib.