Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər  III respublika elmi-praktik konfransı keçiriləcək

Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər III respublika elmi-praktik konfransı keçiriləcək

29 Noyabr 2026, 14:26 / Elanlar

18 dekabr 2026-cı il tarixində Bakı şəhərində AMEA Folklor İnstitutu, Qərbi Azərbaycan İcması, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda III respublika elmi konfransı keçiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması ilə bağlı çağırışlarına cavab olaraq AMEA Folklor İnstitutu 2024-cü ildə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda I respublika elmi konfransını təşkil etmişdir. Elmi ictimaiyyətin marağına səbəb olan və uğurla baş tutan bu təşəbbüs sonrakı illərdə davam etdirilərək ənənəvi xarakter almışdır. 2025-ci ildə keçirilən II respublika elmi konfransı daha geniş elmi müzakirələrə, müxtəlif elm və təhsil müəssisələrini təmsil edən tədqiqatçılar arasında əməkdaşlığın inkişafına imkan yaratmışdır. Artıq ənənə halını alan bu konfranslar Qərbi Azərbaycanın zəngin folklor irsinin sistemli şəkildə araşdırılması, qorunması və elmi dövriyyəyə gətirilməsi istiqamətində mühüm platformaya çevrilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tarixi yaddaşın yaşadılması və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səsləndirdiyi fikirlər bölgənin folklor və etnoqrafik irsinin araşdırılmasının əhəmiyyətini daha da artırır. Dövlət başçısının 5 dekabr 2024-cü ildə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində tarixi-mədəni irsə, o cümlədən Azərbaycan aşıq sənətinə vurulmuş zərərə diqqət yetirməsi həmin irsin qorunması, sənədləşdirilməsi və təbliğinin aktuallığını bir daha göstərir.

Konfransın elmi istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının milli kimliyə əsaslanan mədəni inkişaf, mədəni irsin qorunması və müasir rəqəmsal imkanlardan istifadə ilə bağlı yanaşmalarına uyğun müəyyənləşdirilmişdir. Qərbi Azərbaycanın folklor irsinin toplanması, tədqiqi, atribusiyası, rəqəmsallaşdırılması və təbliği bu istiqamətdə mühüm elmi fəaliyyət sahələri kimi nəzərdə tutulur.

Qərbi Azərbaycan folkloru Azərbaycan xalqının zəngin mənəvi irsinin ayrılmaz tərkib hissəsidir. Qərbi Azərbaycanın şifahi söz sənəti, aşıq ənənələri, mərasim və inancları, ənənəvi məişəti, dialekt və şivələri xalqımızın bu ərazilərdəki tarixi yaşayışını və mədəni həyatını əks etdirir. Doğma yurdlarından didərgin salınmış insanların yaddaşında qorunan folklor nümunələrinin toplanması, araşdırılması və gələcək nəsillərə çatdırılması Azərbaycan folklorşünaslığının qarşısında duran mühüm vəzifələrdəndir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Slavyan Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzləri bölgənin tarixi-mədəni irsinin öyrənilməsi istiqamətində elmi əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Konfrans həmin mərkəzlərin, AMEA Folklor İnstitutunun və Qərbi Azərbaycan İcmasının birgə elmi fəaliyyətinin əlaqələndirilməsinə, mənbə və material mübadiləsinin genişləndirilməsinə, ortaq tədqiqat və nəşr layihələrinin hazırlanmasına xidmət edəcəkdir.

Konfransın məqsədi

Konfransın məqsədi Qərbi Azərbaycanın folklor irsinin sistemli şəkildə toplanması, sənədləşdirilməsi, atribusiyası, nəşri və tədqiqi sahəsində görülmüş işləri ümumiləşdirmək, mövcud problemləri müzakirə etmək və gələcək araşdırmaların istiqamətlərini müəyyənləşdirməkdir.

Konfrans çərçivəsində arxiv materialları, yazılı mənbələr və sahə tədqiqatları zamanı qeydə alınmış nümunələr əsasında bölgənin folklorunun janr, məzmun və funksional xüsusiyyətləri, tarixi-mədəni əlaqələri və regional özünəməxsusluğu araşdırılacaqdır. Folklor nümunələrinin qeydəalınma yeri, söyləyicisi, mənbəsi və yayılma arealının müəyyənləşdirilməsi, regional mənsubiyyətinin elmi əsaslarla dəqiqləşdirilməsi və düzgün təqdim olunması məsələlərinə xüsusi diqqət yetiriləcəkdir.

Eyni zamanda, Vətən və yurd yaddaşının yaşadılmasında, milli kimliyin qorunmasında və mədəni ənənələrin nəsillərarası ötürülməsində folklorun rolu müzakirə olunacaqdır.

Konfrans folklorşünaslıq, etnoqrafiya, tarix, dilçilik, ədəbiyyatşünaslıq və sənətşünaslıq sahələrində çalışan tədqiqatçılar arasında elmi əməkdaşlığın genişləndirilməsini, Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsinə yeni material və yanaşmaların cəlb edilməsini nəzərdə tutur.

Konfransın əsas mövzu istiqamətləri

  • Qərbi Azərbaycan həqiqətləri: tarixi mənbələr və xalq yaddaşı;
  • Qərbi Azərbaycan folklorunda Vətən, yurd həsrəti və qayıdış motivləri;
  • Deportasiya yaddaşı və onun folklorda ifadəsi;
  • Qərbi Azərbaycan folklorunda milli kimlik və mədəni yaddaş;
  • Qərbi Azərbaycan folklorunun toplanması, sənədləşdirilməsi və nəşri məsələləri;
  • Qərbi Azərbaycan folklor nümunələrinin atribusiyası və regional mənsubiyyətinin müəyyənləşdirilməsi;
  • Müasir elmi-nəzəri yanaşmalar kontekstində Qərbi Azərbaycan folkloru;
  • Qərbi Azərbaycanın aşıq mühitləri və sənət ənənələri;
  • Qərbi Azərbaycanın mərasim folkloru, xalq inancları və ənənəvi məişəti;
  • Qərbi Azərbaycan dialekt və şivələri;
  • Qərbi Azərbaycanın toponimləri və onlarla bağlı folklor nümunələri;
  • Azərbaycan folklorunda süjet və motivlərin variantlaşma xüsusiyyətləri: Qərbi Azərbaycan materialları əsasında.

Konfransın təşkilat komitəsi

Həmsədrlər:

Akademik İsa Həbibbəyli – AMEA-nın prezidenti

Tar.e.d., prof. Cəfər Cəfərov – ADPU-nun rektoru

Fil.ü.f.d., dos. Əziz Ələkbərli – Millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri

S.e.ü.f.d. Anar Nağıyev – BSU-nun rektoru

Təşkilat komitəsinin üzvləri:

Fil.e.d., prof. Mahirə Hüseynova – ADPU-nun prorektoru

Fil.e.d. Hikmət Quliyev – AMEA Folklor İnstitutunun direktoru

Fil.ü.f.d., dos. Afaq Ramazanova – AMEA Folklor İnstitutunun direktor müavini

T.ü.f.d. Leyla Calalova – ADPU-nun Qərbi Azərbaycan tədqiqatları mərkəzinin müdiri

Fil.ü.f.d., dos. Dürdanə Hümbətova – BSU-nun Qərbi Azərbaycan tədqiqatları mərkəzinin müdiri

Elmi heyət

Fil.e.d., prof. Seyfəddin Rzasoy – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., prof. Ramazan Qafarlı – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., prof. Əfzələddin Əsgər – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., prof. Füzuli Bayat – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., dos. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., dos. Mətanət Abbasova – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., dos. Ağaverdi Xəlilov – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.e.d., prof. İbrahim Bayramov – ADPU-nun Elmi təşkilat şöbəsini müdiri

Fil.ü.f.d., dos. Könül Həsənova – ADPU-nun Filologiya fakültəsinin dekanı

Fil.e.d., prof. Könül Səmədova – ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri

Filol.f.d., dos. Sevinc Abuşova – BSU Filologiya fakültəsinin dekanı

Fil.e.d., prof. Mahmud Allahmanlı – ADPU-nun professoru

Fil.ü.f.d., dos. Elçin Abbasov – AMEA Folklor İnstitutunun elmi katibi

Fil.ü.f.d., dos. Tacir Qurbanov – AMEA Folklor İnstitutunun şöbə müdiri

Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə – AMEA Folklor İnstitutunun şöbə müdiri

Filol. f.d., dos – Gülnarə Əliyeva Koşkun – BSU Türkologiya kafedrasının müdiri

Filol. f.d., dos – Şəhla Əhmədova – BSU Azərbaycan dili kafedrasının müdiri

Katiblik

Fil.ü.f.d., dos. Aynur Hüseynova – AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Fil.ü.f.d. Nurlana Məmmədova – AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Lalə Bədirova – AMEA Folklor İnstitutunun böyük elmi işçisi

Konfransda iştirak şərtləri

Tədbirdə iştirak etmək istəyənlər 10 dekabr 2026-cı il tarixinə qədər konfransın elektron ünvanına (qerbiazerbaycan3@gmail.com) xülasə (250-300 sözdən ibarət olmaqla) göndərməlidirlər. Xülasədə elektron poçt, telefon nömrəsi, ORCID ID, təşkilat qeyd olunmalıdır.

Xülasələrin qəbul edilib-edilməməsi haqqında müəlliflərə məlumat verilməsi tarixi: 12 dekabr 2026-cı il (elektron poçt ünvanı vasitəsi ilə).

Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş məruzələrin tam mətnləri 16 dekabr 2026-cı il tarixindən gec olmayaraq göstərilən e-mail ünvanına (qerbiazerbaycan3@gmail.com) göndərilməlidir.

Məruzələrin yazılma qaydaları

Məruzənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Həcmi 15 səhifəyə qədər, formatı A4, Times New Roman, 12 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30 mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır.

Müəllifin adı və soyadının altında elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisənin adı, ORCID ID və e-poçt ünvanı qeyd olunmalıdır. Mətndə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə nömrələri olmamalıdır. Mənbələr APA sisteminə uyğun şəkildə mətnin içində mötərizədə verilir: məsələn, (Talıbzadə, 2006: 28). Müəllifi göstərilməyən ensiklopediya, toplu və s.-lərə istinadda əsərin adı yazılmalıdır.

“Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə düzənlənir (10 pt), nömrələnmir, aşağıdakı nümunəyə uyğun göstərilir.

Linke, U. (1995). Power matters: The politics of culture in German folklore scholarship. History and Anthropology, 9 (1), 1-26.

Johnson, L. R., Kraemer, A., & Niekerk, C. (2021). Introduction: German Fairy Tales and Folklore in a Global Context. German Quarterly, 94(2), 160–164.

Dussen, J.V.D. (2012). History as a Science: The Philosophy of R.G.Collingwood, London, Springer.

Köprülü, M.F. (1999). Edebiyat araştırması. Ankara: Türk Tarih Kurumu.

Xülasə Azərbaycan və ingilis dillərində tərtib olunmalıdır (10 pt, məsafə 1). Açar sözlər 5-10 sözdən ibarət olmalıdır.

 

Konfransın dili: Azərbaycan dili

Əlaqə telefonu: (+99412) 498-16-21.

E-poçt: qerbiazerbaycan3@gmail.com

İnternet ünvanı: www.folklor.az