Folklor İnstitutunun direktoru Hikmət Quliyev türk xalqlarının ortaq folklor irsinin tədqiqi perspektivlərindən danışıb

Folklor İnstitutunun direktoru Hikmət Quliyev türk xalqlarının ortaq folklor irsinin tədqiqi perspektivlərindən danışıb

23 Noyabr 2026, 09:12 / Konfranslar, İclaslar

18–20 noyabr 2026-cı il tarixlərində keçirilən “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev türk dünyasında elmi əməkdaşlığın inkişafı və ortaq folklorşünaslıq tədqiqatlarının perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Alim çıxışında türk xalqları arasında münasibətlərin yeni əməkdaşlıq modelinə əsaslanmasının vacibliyini vurğulayaraq, folklorun ortaq tarixi, etnik kökləri və milli-mənəvi dəyərləri öyrənmək baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycan və Özbəkistan alimlərinin “Kitabi-Dədə Qorqud”, “Alpamış”, “Koroğlu” və “Goroğlu” dastanları, eləcə də nağıl, mərasim və uşaq folkloru nümunələri üzrə müqayisəli tədqiqatlar aparmasını, gələcəkdə birgə monoqrafiya və kollektiv elmi əsərlərin hazırlanmasını təklif edib.

Qeyd edək ki, videoreportaj AMEA Folklor İnstitutunun Folklor studiyası tərəfindən hazırlanıb.