Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin videomüraciəti beynəlxalq folklorşünaslıq konfransının açılış mərasimində təqdim olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin videomüraciəti beynəlxalq folklorşünaslıq konfransının açılış mərasimində təqdim olunub

18 Noyabr 2026, 14:04 / Konfranslar, İclaslar

18 noyabr 2026-cı il tarixində Azərbaycan–özbək folklor əlaqələri çərçivəsində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Mariflinin videomüraciəti təqdim olunub.

Videomüraciətində türk xalqlarının folklor irsinin tarixi yaddaşı, mənəvi dünyanı və milli kimliyi yaşadan mühüm mədəni sərvət olduğu vurğulanıb. O, Azərbaycan və özbək xalqları arasında əsrlər boyu formalaşmış mədəni əlaqələrə, ortaq dastanlara və xalq ədəbiyyatı nümunələrinə toxunaraq bu irsin qorunmasının, elmi şəkildə araşdırılmasının və gələcək nəsillərə çatdırılmasının ümumi məsuliyyət olduğunu qeyd edib.

Akif Marifli konfransın türk xalqlarının ortaq folklor irsinin daha dərindən öyrənilməsinə və alimlər arasında elmi əməkdaşlığın genişlənməsinə imkan yaradacağına əminliyini ifadə edib. O, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, iştirakçılara səmərəli müzakirələr və elmi işlərində uğurlar arzulayıb.