Folklor İnstitutunda Zəfər Gününə həsr olunmuş videoçarx hazırlanıb

Folklor İnstitutunda Zəfər Gününə həsr olunmuş videoçarx hazırlanıb

04 Noyabr 2026, 11:27 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Folklor studiyası tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı və milli kimlik” adlı videoçarx hazırlanıb. Videoçarxda Vətən müharibəsi iştirakçıları – ehtiyatda olan polkovnik Eldəniz Namazov və ehtiyatda olan polkovnik-leytenant Elşən Qasımovun çıxışları yer alıb.
Videoçarxın ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, film direktoru və bəstəkarı Mahir Ordubadi, rejissoru Qasım Nağı, operatoru Əlisəftər Məmmədov, səs rejissoru İffət Əsgərov, montaj rejissoru isə Rəşan Yusifovdur.
Videoçarx İnstitutun rəsmi YouTube kanalında yayımlanıb.