AMEA Folklor İnstitutu II Beynəlxalq türkşünaslıq konqresində böyük heyətlə təmsil olunub

AMEA Folklor İnstitutu II Beynəlxalq türkşünaslıq konqresində böyük heyətlə təmsil olunub

02 Noyabr 2023, 18:19 / Mühüm hadisələr

29-31 oktyabr 2023-cü il tarixlərində Türkiyənin Çankırı şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş “Türk dünyasının ortaq mirası” mövzusunda II Beynəlxalq türkşünaslıq konqresi keçirilib. Konqres Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Çankırı Karatekin Universiteti, Hacettepe Universiteti, AMEA Folklor İnstitutu, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti və Qırğızıstan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Üz-üzə və onlayn formatda keçirilən konqresdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası başda olmaqla, ümumilikdə 14 ölkədən 130-dan artıq elm adamının məruzəsi dinlənilib, türkologiyanın müasir problemləri ilə bağlı geniş müzakirələr aparılıb.

II Beynəlxalq türkşünaslıq konqresində AMEA Folklor İnstitutu böyük heyətlə təmsil olunub. Məruzə üçün xüsusi dəvət alan AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov konqresin açılış toplantısında çıxış edərək, bu kimi tədbirlərin türk xalqlarının elmi-mədəni əlaqələrinin genişlənməsində və onların mənəvi birliyinin qorunub saxlanılmasında əhəmiyyətindən söz açıb. Akademikin “Dədə Qorqud” eposunda dəlisovluq motivi və qeyri-səlis məntiq” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Tədbirin açılış toplantısında akademik Muxtar İmanov Çankırı Karatekin Universitetinin rektoru, Prof. Dr. Harun Çiftçiyə və həmin universitetin Türkiyat İnstitutunun direktoru Prof. Dr. Abdulselam Arvasa xatirə hədiyyələri təqdim edib.

 Bölmə iclaslarında Folklor İnstitutunun əməkdaşları – icraçı direktor, fil.ü.f.d., dos. Afaq Ramazanova, elmi katib, fil.ü.f.d., dos. Elçin Abbasov, fil.e.d., prof. Ramazan Qafarlı, fil.e.d., prof. Seyfəddin Rzasoy, fil.e.d., prof. Əfzələddin Əsgərov, fil.e.d., dos. Mətanət Abbasova, fil.e.d., prof. Ramil Əliyev, fil.ü.f.d., dos. Aynur İbrahimova, fil.ü.f.d., dos. Fidan Qasımova, fil.ü.f.d., dos. Ləman Süleymanova, fil.ü.f.d., dos. Qalib Sayılov, fil.ü.f.d., dos. Vəfa İbrahim, fil.ü.f.d., dos. Məleykə Məmmədova, fil.ü.f.d. Qiymət Məhərrəmli, fil.ü.f.d., dos. İlhamə Qəsəbova, fil.ü.f.d., dos. Nigar Həsənova, fil.ü.f.d., dos. Ülkər Əliyeva, fil.ü.f.d. Şəhla Hüseynli, böyük elmi işçi Sürəyya Əlizadə və böyük laborant Sədaqət Qafarova türk xalqlarının ədəbi və mədəni irsinin araşdırılmasını əhatə edən müxtəlif mövzulu məruzələrlə çıxış ediblər.