Folklor İnstitutunun əməkdaşı “Rusiya və Monqolustan dünyası transsərhəd məkanda: folklor, tarix və dil” mövzusunda beynəlxalq konfransda  iştirak edib

Folklor İnstitutunun əməkdaşı “Rusiya və Monqolustan dünyası transsərhəd məkanda: folklor, tarix və dil” mövzusunda beynəlxalq konfransda iştirak edib

31 Oktyabr 2023, 14:59 / Mühüm hadisələr

26-27 oktyabr 2023-cü il tarixində Kalmıkiya Respublikasının Elista şəhərində “Rusiya və Monqolustan dünyası transsərhəd məkanda: folklor, tarix və dil” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Monqolustan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tuva, Buryatiya və Altay xalqları ilə yanaşı Azərbaycan da təmsil olunub.

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyar konfransda ölkəmizi təmsil edərək “Qəhrəmanlıq dastanlarının qohum dillərdən tərcüməsi problemi” mövzusunda məruzə ilə çıxış edib.

Bundan başqa, əməkdaşımız A.S.Kiçikov adına Gimnaziyada qonaq olub, buranın fəaliyyəti ilə yaxından tanış olub. O, eyni zamanda Rusiya İnformasiya Agentliyinin keçirdiyi mətbuat konfransında çıxış edərək “Rusiya və Monqolustan dünyası transsərhəd məkanda: folklor, tarix və dil” mövzusunda beynəlxalq konfransın türk xalqlarının həyatındakı rolundan, müharibənin itib-batmaqda olan folklor nümunələrinə göstərdiyi mənfi təsirindən danışıb.