Folklor İnstitutunun əməkdaşı “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfransda iştirak edib

Folklor İnstitutunun əməkdaşı “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfransda iştirak edib

25 Oktyabr 2023, 15:23 / Mühüm hadisələr

24 oktyabr 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Plenar iclas və 7 bölmə üzrə təşkil olunan konfransda 100-ə yaxın məruzə dinlənilib.

Konfransda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova da iştirak edib. Əməkdaşımız “Azərbaycan və Anadolu folklorunda doğumdan sonra uşaqlar üçün icra edilən rituallar” mövzusunda məruzə ilə çıxış edib və sertifikatla təltif olunub. 

 Qeyd edək ki, konfransın keçirilməsində məqsəd tarixi çox qədimlərə söykənən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin, müştərək tariximizin, ədəbiyyatımızın əlyazma qaynaqları əsasında dəyərləndirilməsi və aktual problemlərinin müzakirəsi olub.