Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində qonaq olub

Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində qonaq olub

23 Oktyabr 2023, 16:00 / Mühüm hadisələr

Oktyabrın 20-də AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub.

Türk dünyasında yayımlanan bir saatlıq verilişdə türkiyəli alim, Çankırı Karatekin Universitetinin Türkiyat İnstitutunun direktoru Prof. Dr. Abdulselam Arvas, proqramın aparıcısı Dilşad Tahirqızı və Aynur İbrahimova Türk millətinin ortaq mirasından, onun dərin köklərindən, milli mədəniyyətimizin inkişaf etdirilməsi məsələlərindən danışıblar. Verilişdə oktyabrın 29-31-də Türkiyənin Çankırı Karatekin Universitetində keçiriləcək “Türk dünyasının ortaq mirası” mövzusunda II Beynəlxalq Türkşünaslıq Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb, səfər öncəsi hazırlıqlar müzakirə edilib.

Qeyd edək ki, Prof. Dr. Abdulselam Arvas sözügedən konqresin təşkilatçısı, Aynur İbrahimova isə İdarə Heyətinin üzvüdür.

Konqres Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunur.