XƏBƏRLƏR
12
Folklor İnstitutunun gənc əməkdaşı Vikimedia Ukrayna tərəfindən sertifikatla təltif olunub
25 İyul 2026, 14:32 / Mühüm hadisələr
AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsinin mütəxəssisi Nigar Abdullayeva Vikimedia Ukrayna, Ukrayna İnstitutu və Ukrayna Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi "VI Ukraine's Cultural Diplomacy Month on Wikipedia 2026" beynəlxalq layihəsində iştirak edib.
Nigar Abdullayeva Ukrayna folkloru, mədəniyyəti və tarixi ilə bağlı məqalələri Azərbaycan dilli Vikipediyada tərcümə edib yerləşdirdiyinə və Ukrayna mədəniyyətinin tanıdılmasına verdiyi töhfəyə görə Vikimedia Ukrayna tərəfindən sertifikatla təltif olunub.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.

