Türkiyəli alim Folklor İnstitutunun qonağı olub

Türkiyəli alim Folklor İnstitutunun qonağı olub

16 İyun 2023, 00:42 / Qonaqlar

16 iyun 2023-cü il tarixində tanınmış türkoloq alim, Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən AMEA Folklor İnstitutunun qonağı olub. İnstitutun baş direktoru, akademik Muxtar İmanov qonağı səmimi qarşılayaraq, Azərbaycan-Türkiyə folklor əlaqələrinin bugünkü durumu və gələcək perspektivləri barədə danışıb. Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə müasir elmin aktual problemləri ilə bağlı maraqlı söhbət aparılıb.

Görüşdə “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədov və Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov da iştirak ediblər.