“Türk Dünyasının Ortaq Mirası” mövzusunda II Uluslararası Türkiyat Konqresi keçiriləcək

“Türk Dünyasının Ortaq Mirası” mövzusunda II Uluslararası Türkiyat Konqresi keçiriləcək

20 Oktyabr 2023, 14:19 / Elanlar

29-31 oktyabr 2023-cü il tarixlərində Türkiyənin Çankırı Karatekin Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş “Türk Dünyasının Ortaq Mirası” mövzusunda II Uluslararası Türkiyat Konqresi keçiriləcək. Konqres Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu, TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Xaricdə Yaşayan Türklər və Qohum   Topluluqlar Başqanlığı, Çankırı Karatekin Universitetinin Türkiyat İnstitutu, Hacettepe Universitetinin Türk folkloru bölümü, AMEA Folklor İnstitutu, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti və Qırğızıstan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşəcək.