Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlil Oxu24.com-a müsahibə verib

Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlil Oxu24.com-a müsahibə verib

09 İyul 2026, 00:39 / Müsahibələr, çıxışlar
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil Oxu24.com informasiya portalına müsahibə verib.
 
"Uzundərə" rəqsinin mənşəyi və ermənilər tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin saxtalaşdırılması cəhdələrinə həsr olunan müsahibədə alim folklor nümunələrinin xalqlar arasında yayılmasının elmi əsaslarından danışıb, Azərbaycan folklorunun mənimsənilməsi cəhdlərinin isə normal mədəni kommunikasiya prosesindən fərqləndiyini vurğulayıb. O bildirib ki, "Uzundərə" rəqsinin toponimikası, musiqi quruluşu və mərasim ənənələrindəki funksiyası bu rəqsin Azərbaycan xalqına məxsus olduğunu təsdiqləyən mühüm elmi faktlardır.
 
Ağaverdi Xəlil qeyd edib ki, Azərbaycanın mədəni irsinə qarşı yönələn saxtalaşdırma cəhdlərinə ən təsirli cavab elmi araşdırmalar, arxiv sənədləri və beynəlxalq mənbələrə əsaslanan faktlarla verilməlidir.
 
Müsahibənin tam mətni ilə bu keçiddən tanış ola bilərsiniz.