Milli  Məclisin deputatı, AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyliyə doğum günü TƏBRİKİ

Milli Məclisin deputatı, AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyliyə doğum günü TƏBRİKİ

16 Oktyabr 2023, 17:04 / Yubileylər

Hörmətli İsa müəllim, biz – Folklor İnstitutunun kollektivi olaraq Sizi ilk növbədə yeni yaş gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Siz yarım əsrdən yuxarı dövrü əhatə edən elmi, pedaqoji və ictimai fəaliyyətiniz ərzində daim məhsuldar çalışmış, elmin, pedaqoji və ictimai həyatın ən məsuliyyətli sahələrində faydalı nailiyyətlərə imza atmısınız.

Hörmətli İsa müəllim, Siz bir ədəbiyyatşünas kimi Azərbaycan ədəbiyyatşünaslığı və ümumən, humanitar-filoloji fikrin inkişafına böyük töfhələr vermişsiniz. Azərbaycan ədəbiyyatının kardinal problemlərinə dair fundamental əsərləriniz filoloji fikrimizi irəli aparmaqla bərabər, onun yeni inkişaf perspektivlərinin müəyyənləşməsində əsaslı nəzəri-metodoloji platforma rolunu oynamışdır. Zəngin fəaliyyətiniz sırasında Azərbaycan ədəbiyyatı tarixinin yeni konsepsiyası xüsusi yer tutur. Bu konsepsiya ilə Azərbaycan ədəbiyyatı kimi nəhəng və qədim bədii düşüncə hadisəsi möhtəşəm oncildliyin fundamental cildləri şəklində humanitar fikrimizin abidəsinə çevrilmişdir.

Sizin coşqun enerjiniz ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Nizami ili”nin elmi-ədəbi həyatımızda coşqun şəkildə reallaşmasına inkarolunmaz töfhələrini vermişdir. Nizami ili çərçivəsində böyük şairin həyat və yaradıcılığı ilə bağlı AMEA-da çap olunmuş əsərlərin sayı heyrət və məmnunluq doğurmaqla Sizin bu sahədəki çoşqun fəaliyyətinizin göstəricisidir.

AMEA-nın Prezidenti kimi bu nəhəng elm müəssisəsinin məhsuldar fəaliyyətinin təmin olunmasında böyük xidmətləriniz vardır.

Nəhayət, Siz gülərüz, insanpərvər bir rəhbər kimi bütün akademiya əməkdaşlarının hörmət və rəğbətini qazanmışsınız.

Sizi bir daha təbrik edir, gördüyünüz işlərin daha böyük miqyaslarda davam etdirilməsini arzulayırıq.

 

Dərin hörmətlə, akademik Muxtar Kazımoğlu-İmanov

AMEA Folklor İnstitutunun baş direktoru