Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

29 Sentyabr 2023, 14:51 / Konfranslar, İclaslar

29 sentyabr 2023-cü il tarixində AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclası institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Əvvəlcə tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda AMEA Folklor İnstitutunun 2023-cü il üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.

İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova 2023-cü tədris ili üçün “Folklorşünaslıq” və “Azərbaycan ədəbiyyatı” ixtisasından fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib. Əvvəlcə iddiaçı Əmrahova Könül Rza qızının fəlsəfə doktoru proqramı üzrə 5719.01 – Folklorşünaslıq ixtisasından əyani doktoranturaya, Qurbanlı Fərqanə Rafiq qızı və Babayeva Nərmin Mədət qızının isə dissertanturaya qəbulu məsələsinə baxılıb. İddiaçılara təklif olunan mövzu və elmi rəhbərlər təsdiq edilib.

Daha sonra 5719.01 – Folklorşünaslıq ixtisası üzrə Şəhriyar Qumru Fuad qızının elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturaya, Əliyeva Əsmər Şakir qızı, Hasilova Gülsümxanım Atabala qızı, Hüseynova Aynur Məhəmməd qızının dissertanturaya, 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə isə Səfərli Aynur Mətləb qızı və Nəsibova Vüsalə Roma qızının dissertanturaya qəbulu barədə məsələ müzakirə edilib. Bu barədə müsbət qərar qəbul edən Elmi şura iddiaçıların dissertasiya mövzularını və məsləhətçilərini təsdiq edib.