XƏBƏRLƏR
“Folklorşünasın səsi”: növbəti buraxılışın qonağı Ramazan Qafarlı olub
“Folklorşünasın səsi” layihəsinin növbəti buraxılışı yayımlanıb. Buraxılışın qonağı AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı olub. Ramazan Qafarlı çıxışında “Azərbaycan-türk eposu müasir elmi düşüncədə: “Dədə Qorqud”, “Koroğlu” və eşq dastanları” mövzusundan bəhs edib. Alim Azərbaycan-türk epik ənənəsinin xalqın tarixi yaddaşını, dünyagörüşünü və mənəvi dəyərlərini yaşadan mühüm mədəni irs olduğunu vurğulayıb. O bildirib ki, “Dədə Qorqud”, “Koroğlu” və eşq dastanları yalnız bədii mətnlər deyil, həm də cəmiyyətin etik normalarını, qəhrəmanlıq ideallarını və sosial düşüncə modelini nəsildən-nəslə ötürən mühüm epik strukturlardır.

