AMEA Folklor İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA Folklor İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

14 Sentyabr 2023, 15:00 / Konfranslar, İclaslar

14 sentyabr 2023-cü il tarixində AMEA Folklor İnstitutunda 5719.01 – “Folklorşünaslıq” fənnindən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. AMEA prezidentinin “Doktoranturaya qəbul imtahanlarının keçirilməsi haqqında” 07 aprel 2023-cü il tarixli 74 saylı sərəncamına əsasən institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun müvafiq əmri ilə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. İmtahanda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli də iştirak edib. “Folklorşünaslıq” ixtisası üzrə 1 nəfər imtahan verib. Nəticə imtahan bitdikdən sonra imtahan sədri, akademik Muxtar Kazımoğlu-İmanov tərəfindən elan edilib.