XƏBƏRLƏR
824
“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” kitabı çapdan çıxıb
08 Sentyabr 2023, 12:00 / Nəşrlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” kitabı nəşr olunub. Kitab “Heydər Əliyev İli” çərçivəsində 15 may 2023-cü il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransının materialları əsasında hazırlanıb. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 324 səhifəlik kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovadır.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.