XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Xalidə Məmmədova dosent elmi adına layiq görülüb
15 may 2026-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiq qızı Məmmədovaya elmi fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 08 may 2026-cı il tarixli qərarı ilə filologiya elmləri elm sahəsinin 5719.01 - Folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir.
Qeyd edək ki, X. Məmmədova ixtisas üzrə 1 monoqrafiyanın, 40-dan çox elmi məruzə və məqalənin müəllifidir.
Xalidə Məmmədovanı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!


