AMEA Folklor İnstitutunun əməkdaşları Respublikamızda ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak ediblər

AMEA Folklor İnstitutunun əməkdaşları Respublikamızda ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak ediblər

06 Sentyabr 2023, 15:00 / Mühüm hadisələr

1-3 sentyabr tarixlərində Respublikamızda ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilib. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib.

Forumda AMEA Folklor İnstitutu icraçı direktor, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərov, Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova, Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov, həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov və Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanovdan ibarət heyətlə təmsil olunub.

Azərbaycanın ədəbi-elmi ictimaiyyətinin iştirakı ilə keçirilən Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılıb.