Folklor İnstitutunun həmtəşkilatçısı olduğu Beynəlxalq Simpozium keçiriləcək

Folklor İnstitutunun həmtəşkilatçısı olduğu Beynəlxalq Simpozium keçiriləcək

06 May 2026, 10:10 / Elanlar

Türk dünyasının ortaq mədəni irsinin elmi müstəvidə araşdırılması məqsədilə Birinci Beynəlxalq Türk Dünyası Tələbə Simpoziumu keçiriləcək. Tədbir Balıkesir Universiteti tərəfindən təşkil olunur.

Simpoziumun mövzusu Mədəni irsə həsr olunub: Keçmişdən gələcəyə daşınan dəyərlər, ortaq mirasımız, ortaq gələcəyimiz. Tədbir 3–4 iyun 2026-cı il tarixlərində həm üz-üzə, həm də onlayn formatda baş tutacaq.

Simpozium orta ixtisas, bakalavr, magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin elmi tədqiqatlarını təqdim etməsi, müxtəlif sahələrdən olan araşdırmaçılarla qarşılıqlı əlaqə qurması və elmi müzakirə mühitində iştirakını təmin etməyi hədəfləyir. Təqdim olunan tezislər sahə üzrə ixtisaslaşmış alimlərdən ibarət elmi komitə tərəfindən qiymətləndiriləcək, qəbul edilən məruzələr isə ISBN-li konfrans materialları toplusunda dərc olunacaq.

Simpoziuma qatılmaq üçün iştirakçıların tezis göndərməsi tələb olunur. Qəbul olunan iştirakçılara rəsmi qəbul məktubu təqdim ediləcək. Konfransın işçi dilləri türk dili (Azərbaycan, Türkiyə, Qazax, Qırğız, Özbək, Türkmən türkcələri) və ingilis dilidir.

Əsas tarixlər: – Tezis qəbulu üçün son tarix: 18 may 2026
– Proqramın elan olunması: 21 may 2026
– Tam mətnlərin göndərilməsi üçün son tarix: 30 iyun 2026
– ISBN-li materiallar toplusunun nəşri: 10 iyul 2026

Qeyd edək ki, simpozium Balıkesir Universitetinin ev sahibliyi ilə keçirilir. Tərəfdaş qurumlar sırasında AMEA Folklor İnstitutu, Oş Dövlət Universiteti, Renessans Ta'lim Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və Balıkesir Olgunlaşma İnstitutu yer alır.

Ətraflı məlumat və qeydiyyat üçün link.