Əməkdaşlarımız ADPU-nun Quba filialında keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər

Əməkdaşlarımız ADPU-nun Quba filialında keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər

24 İyul 2023, 09:34 / Konfranslar, İclaslar

21 iyul 2023-cü il tarixində ADPU-nun Quba filialında AMEA Folklor İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu – İKSAD-ın və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “VI Beynəlxalq Dədə Qorqud Türk mədəniyyəti, tarixi və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA Folklor İnstitutunun əməkdaşları həmin konfransda fəal iştirak ediblər. İnstitutun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı konfransın plenar iclasında çıxıb edib. Panellərdə isə əməkdaşlarımız – fil.e.d., prof. Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsi haqqında”, fil.ü.f.d., dos. Atəş Əhmədlinin “Dədə Qorqud” dastanlarının tədqiqində məcmuə mərhələsi: iki qütbün kəsişdiyi diaqonallar”, fil.ü.f.d. Xuraman Kərimovanın “Koreya və Azərbaycan folklorunda oxşar xüsusiyyətlər”, fil.ü.f.d., dos. Məleykə Məmmədovanın “Azərbaycan və Anadoluda qırxtökmə mərasimilə bağlı adət-ənənələr və inanclar”, fil.ü.f.d., dos. Elçin Qaliboğlunun “Türk etnik mədəni düşüncəsində tanrıçılıq probleminin tədqiq tarixi və nəzəri əsasları”, fil.ü.f.d. Ləman Vaqifqızının (Süleymanova) “Sarıqamış ağıları”, fil.ü.f.d. Nizami Adışirinovun “Kitabi-Dədə Qorqud”da döyüş mərasimləri”, fil.ü.f.d. Şəbnəm Məmmədovanın “Qorqud Ata Kitabı”nın qaraqalpaqcaya tərcüməsi ilə bağlı müxtəsər qeydlər” (prof. Nizami Məmmədov Tağısoyla həmmüəllifli), Gülxarə Əhmədovanın “Qarabağın hikmət xəzinəsindən – atalar sözləri”, Məhsəti Vaqifqızının (Süleymanova) “Şəkinin Göynük kəndlərində baramaqurdunun yetişdirilməsi” və Qumral Mirzəyevanın “Naxçıvanda yas mərasimləri ilə bağlı adət-ənənə və inanclar” mövzularında məruzələri dinlənilib.

Sonda iştirakçılara beynəlxalq konfransda iştiraklarına və məruzələrinə görə sertifikatlar təqdim edilib.