XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
29 aprel 2026-cı il tarixində Xəzər Universitetində Türkiyənin Qafqaz Universitetinin təşkilatçılığı və bir sıra nüfuzlu akademik qurumların tərəfdaşlığı ilə “I Beynəlxalq Türk Dünyasında Mədəniyyət və Dəyərlərin İzləri” simpoziumu keçirilib. Simpozium Türk dünyasının ortaq mədəni irsinin, mənəvi dəyərlərinin və tarixi yaddaşının elmi müstəvidə araşdırılmasına həsr olunub.
Simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları fəal iştirak edərək müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Belə ki, Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızı “Azərbaycan bayatılarının Avropa yayınları”, Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Rəşidəddin Oğuznaməsində Azərbaycan toponiminin türk mənşəyi”, Azsaylı xalqların folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova ““Kitabi-Dədə Qorqud” dastanında əcdad kultu kontekstində vətən və müqəddəs torpaq konsepti”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Ölüm ritüellerinde kültürel aktarım”, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirli “Azərbaycan epik folklorunda göyün yerdən uzaqlaşması haqqında təsəvvürlər”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Duxa Qoca oğlu Dəli Domrul boyunda olum-ölüm təzadının mifoloji çalarları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva “İraq türkman xoyratlarının struktur və janr xüsusiyyətləri”, “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova ““Koblandı Batır”, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında qəhrəmman tipləri və epik paralellər”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Qasımova ““Kitabi-Dədə Qorqud”un müqəddiməsindəki Qorqud Ata deyimlərinin fəlsəfi semantikası”, Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi Lalə Şabanova “Güney Azərbaycan uşaq folkloru kontekstində mənəvi dəyərlərin təhlili”, Folklor institunun doktorantı Cahidə Yaqubova “İnanc, mməkan və narrative kontekstində Əshabi-Kəhf: mənbə şəxslərdən toplanmış real hadisələr”, Folklor institunun doktorantı Amil Əzimli isə “Qaçaq Nəbi dastanında qəhrəman modeli və idealizasiya məsələləri” mövzusunda çıxış ediblər.
Eyni zamanda filologiya elmləri doktoru, professor Almaz Həsənqızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova simpozium çərçivəsində oturum başqanları kimi də çıxış ediblər.
Qeyd edək ki, dosent Məleykə Məmmədova həmçinin simpoziumun təşkilat komitəsinin sədr müavini kimi təmsil olunub.








