“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının 64-cü sayı çapdan çıxıb

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının 64-cü sayı çapdan çıxıb

13 Aprel 2026, 15:17 / Nəşrlər

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 2025-ci il üzrə 2-ci (64-cü) sayı işıq üzü görüb. Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə dərc edilən jurnalın bu sayında da folklorşünaslığın müxtəlif istiqamətlərini əhatə edən aktual elmi araşdırmalar təqdim olunur.

Toplunun bu sayında Oruc Əliyevin “Dərbənd folklorunda əfsanə və rəvayətlərin yeri”, Ramil Əliyevin ““Cırtdanın nağılı”nda yuxunun mifoloji-bədii analizi”, Şakir Albalıyevin ““Abbas və Gülgəz” – xalq aşığının haqq aşiqliyi”, Mətanət Yaqubqızının “Bədnəzərdən qorunmanın simvolikası”, Nailə Əskərin “Aşıq sənətinin poetik xüsusiyyətləri”, Elçin Qaliboğlunun “Oğuz atalar sözləri və məsəllərində tanrıçılıq görüşləri”, Xuraman Kərimovanın ““Kitabi-Dədə Qorqud” dastanında paremioloji vahidlər”, Məleykə Məmmədovanın “Doğum ritualı ənənələri: Azərbaycan və özbək folkloru kontekstində”, Aynur Cəlilovanın “Azərbaycan folklorunda ov və meşə əyəsi ilə bağlı mifoloji və dini təsəvvürlər”, Qumru Şəhriyarın ““Qırx batır”ın ilk həlqəsi – Edigey və onun nəsli”, Günay Qarayeva­nın “Folklordan geologiyaya. Milli identikliyin interdissiplinarlığı (X.Yusifzadənin görüşləri əsasında)”, Sevinc Əliyevanın “Folklordan orta əsrlər Azərbaycan poeziyasına keçid”, Yasin Xəlilovun “Azərbaycan folklorunda formanın arxetipik enerjisi”, Aygül Qurbanovanın “Ləman Vaqifqızının “Dambur ifaçılığı və hayla yaradıcılığı” adlı araşdırması haqqında”, Yədulla Dadaşlının “1920-ci illərdə ədəbi-nəzəri fikirdə şifahi xalq ədəbiyyatı məsələləri”, Radə Abbasovanın “Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında estetik dəyərlər”, Maya Abdullayevanın “Antropomorf triksterlər: mifoloji və mədəni kontekstlər”, Gülxarə Əhmədovanın ““Dədə Qorqud” dastanının tarixinə bir nəzər”, Altunay Əsgərin “Tapmacaların sistemli kataloqu və onun elmi-praktiki əhəmiyyəti”, Fatma Hacıyevanın “Aşıq Ələsgərin Borçalı aşıq mühitinin formalaşmasında rolu” başlıqlı məqalələri yer alıb.

Nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, baş redaktorun müavini dosent Nail Qurbanov, məsul katibi isə dosent Elçin Qaliboğludur.

Toplunun redaksiya heyətində Kamal Abdulla, Mehmet Aça (Türkiyə), Mahmud Allahmanlı, Baxıtjan Azibayeva (Qazaxıstan), Füzuli Bayat, Nizami Cəfərov, Lyubov Çimpoeş (Moldova), Necati Demir (Türkiyə), Rəhilə Davut (Çin), Metin Ekici (Türkiyə), Abdulkadir Emeksiz (Türkiyə), Əziz Ələkbərli, Əfzələddin Əsgər, İsa Həbibbəyli, Sərxan Xavəri, Ağaverdi Xəlil, Rza Xəlilov, Vasiliy İllarionov (Rusiya), Mamatkul Jurayev (Özbəkistan), Muxtar Kazımoğlu-İmanov, Aynur Koçak (Türkiyə), Rayisa Kıdırbayeva (Qırğızıstan), Ramazan Qafarlı, Səfa Qarayeva, Hikmət Quliyev, İslam Sadıq, Qalib Sayılov, Atilla Jorma (Finlandiya), İlseyar Zakirova (Tatarıstan) kimi müxtəlif ölkələrdən tanınmış alimlər təmsil olunur ki, bu da nəşrin beynəlxalq elmi əməkdaşlıq platforması kimi əhəmiyyətini artırır.

Qeyd edək ki, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalı 2023-cü ildən DOI (Digital Object Identifier) identifikatoru ilə nəşr olunur. Təqdim olunan sayda 20 məqalə yer alıb və məqalələrin hər biri DOI identifikatoru ilə təmin edilib.

Keçid üçün link.