“Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

06 Mart 2026, 17:29 / Elanlar

AMEA Tarix və Etnologiya İnstitutunun və Folklor İnstitutunun təşkilatçılığı ilə 17 mart 2026-cı il tarixində, saat 11:00-da “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda iştirak etmək istəyən tədqiqatçılardan elmi məqalə qəbul olunur.

 

Konfransın istiqamətləri:

- Türk xalqlarının tarixi;

- Türk xalqlarının etnologiyası;

- Türk xalqlarının folkloru.

- Konfrans çərçivəsində Novruz atribularından ibarət sərgi, rəsm sərgisi, kitab sərgisi də təşkil olunacaq.

 

MƏQALƏLƏRİN TƏQDİM OLUNMA QAYDALARI

Ümumi tələblər:

Format: A4, Word sənədi.

Şrift: Times New Roman, 12 pt.

Sətirlərarası interval: 1,5.

Abzas: 1,25 sm.

Səhifə kənarları: hər tərəfdən 2 sm.

Dillər: Azərbaycan, ingilis və digər türk dilləri.

 

Məqalənin strukturu:

Mövzunun adı: Səhifənin yuxarı hissəsində, ortadan, BÖYÜK HƏRFLƏRLƏ VƏ QALIN (BOLD) şriftlə.

Müəllif haqqında məlumat: Ad, soyad, ata adı (ortadan, qalın şriftlə).

İş yeri: Müəssisənin adı, şəhər, ölkə (ortadan, kursivlə).

Əlaqə: E-poçt ünvanı və ORCID kodu (ortadan, kursivlə).

Xülasə və Açar sözlər: 80–100 söz həcmində xülasə və 5-7 açar söz (Azərbaycan, ingilis və digər türk dillərində). Hər dildə xülasədən dərhal sonra həmin dildə açar sözlər verilməlidir.

 

Məqalə mətni aşağıdakı bölmələri əhatə etməlidir:

Giriş

Əsas hissə

Müzakirə (tələb olunarsa)

Nəticə

İstinadlar və ədəbiyyat siyahısı

 

İstinad qaydaları.

Mətn daxilində istinadlar kvadrat mötərizədə verilməlidir. Nümunə: [1, s. 56].

Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə düzülməlidir.

Həcmi: 7-12 səh.

 

TARİXLƏR VƏ ÜNVAN

Məqalələrin göndərilməsi üçün son tarix: 1 mart 2026-cı il.

Konfransın keçirilmə tarixi: 17 mart 2026-cı il, saat 11:00.

 

E-poçt: turkxalqlarikonfrans@gmail.com

Əlaqə telefonu: +994 50 447 26 30

Ünvan: AZ1143, Bakı ş., Akademiya şəhərciyi, AMEA-nın əsas binası, Kiçik akt zalı (II mərtəbə).

 

Hörmətlə, Təşkilat komitəsi.