“Folklor araşdırmaları” adlı kitab çapdan çıxıb

“Folklor araşdırmaları” adlı kitab çapdan çıxıb

20 Fevral 2023, 12:17 / Nəşrlər

AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadənin “Folklor araşdırmaları” adlı kitabı nəşr olunub. Kitabda müəllifin etnik mədəniyyətin müxtəlif sahələrinə dair tədqiqatları – “Azərbaycan qaraçıları (domlar)”, “Günümüzdə yaşayan qızılbaş inancları”, “Padşah oyunu” və onun arxaik kökləri”, “Yellənmənin ritual əsasları”, “Nağıllarda bədii məkan”, “Nağıl mətnlərinin kontekst əlaqələri” məqalələri, həmçinin Zəngilan rayonunun Sobu və Şamlı kənd sakinlərindən toplanmış folklor örnəkləri yer alıb. Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 232 səhifəlik kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova, rəyçisi isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.