XƏBƏRLƏR
AMEA Folklor İnstitutunun əməkdaşı Fəxri fərmanla təltif edilib.
YAP Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində yekun tədbir keçirilib
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev i“Konstitusiya və Suverenlik İli” və onun əhəmiyyətidən söz açıb. Qeyd edilib ki, Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nin elan olunması milli dövlətçilik tariximizin mahiyyətinə, hüquqi əsaslarına və suveren inkişaf yoluna dərin ideoloji baxışın təzahürüdür.
Sonra Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Nigar Abdullayeva “Konstitusiya və Suverenlik ili” çərçivəsində Partiyada ictimai-siyasi fəaliyyətinə görə Fəxri fərmanla təltif edilib.

