AMEA Folklor İnstitutunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

AMEA Folklor İnstitutunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

01 Mart 2023, 11:40 / Konfranslar, İclaslar

Mart ayının 1-də AMEA Folklor İnstitutunda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş meneceri Abuzər Gülməmmədov açaraq bu cür maarifləndirici toplantıların tez-tez keçirilməsinin önəmli olduğunu vurğulayıb.

Sonra söz Elşad Quliyevə verilib. O, “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda  danışaraq, fövqəladə hallar zamanı davranış qaydaları barədə də məlumat verib.

Sonra fövqəladə hallar (zəlzələ, dəm qazı, yanğın və s.) zamanı davranış qaydaları haqqında maarifləndirici videoçarx nümayiş olunub. Tədbirin sonunda İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Elşad Quliyev toplantı iştirakçılarının suallarını cavablandırıb.